"Əl-Hilal" Rafinyadan imtina etdi

"Əl-Hilal" Rafinyadan imtina etdi

"Barselona"nın braziliyalı cinah oyunçusu Rafinyanın adı uzun müddətdir Səudiyyə Ərəbistanı Pro Liqası klubları ilə hallansa da, transfer bazarında planlar tamamilə dəyişib.

Fanat.Az xəbər verir ki, ərəb dünyasının nəhənglərindən olan "Əl-Hilal" klubu braziliyalı oyunçunu siyahıdan çıxarıb.

Bu barədə İspaniyanın məşhur "SPORT" qəzeti məlumat yayıb.

Klub rəhbərliyi transfer prioritetini dəyişərək "Liverpul"un sabiq ulduzu Məhəmməd Salahı əsas hədəf seçib və bütün gücünü misirli hücumçunun keçidinə yönəldib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər