"Buna görə də Avstraliya bizi cəzalandırdı" - Arda Güler səbəbləri açıqladı

"Buna görə də Avstraliya bizi cəzalandırdı" - Arda Güler səbəbləri açıqladı

Futbol üzrə dünya çempionatında bu gün keçirdiyi ilk oyunda Avstraliya seçməsinə 0:2 hesabı ilə uduzan Türkiyə millisinin gənc ulduzu Arda Güler yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Rising Stars XI" belə çatdırıb:

"Hər şeydən öncə Avstraliyanı təbrik edirəm. Onlar öz şanslarından yararlandılar, biz isə yox. 

Amma düzü, bəzi qərarlarla razılaşmaq çətindir. Məsələn, biz rəqibin əllə oynadığını hesab etdiyimiz epuzodda oyun davam etdirildi. Bunun məğlubiyyətin yeganə səbəbi olduğunu demirəm, amma belə məqamlar oyunun nəticəsini dəyişə bilər.

Hakim epizodu fərqli dəyərləndirdi. Onun qərarı ilə razı olmasaq belə, hörmətlə yanaşmalıyıq. 

Yetərincə qol epizodu yarada bilmədik. Lazımınca müdafiə olunmadıq. Buna görə Avstriya bizi cəzalandırdı. Azarkeşlərin üzülməyə haqqı var. Nəticədən dərs çıxaracaq, daha güclü qayıdacağıq. Çalışmalıyıq ki, bu yenilgi turnirdəki taleyimizi həll etməsin".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər