"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 3-cü turunda "Brayton"a qarşı keçirdikləri ev oyununda (1:1) komandasının yarımmüdafiəçisi Deklan Raysın meydandan qovulmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "topçular"ın mətbuat xidməti belə çatdırıb:
"Bu, məni şoka saldı. İlk yarıda iki buna bənzər epizod var idi, amma referi heç nə etmədi. Amma Deklanın ikinci sarı vərəqəni aldığı epizodda o, rəqibi vurmaq niyyətində deyildi. Belə etmişdisə, "sarı" yox, birbaşa qırmızı vərəqə almalı idi. Hakim8n qərarı matçın taleyini dəyişdi. Hərçənd azlıqda qalandan sonra yaxşı oynadıq. Azarkeşlərimizin dəstəyi sayəsində sonadək qələbə qazanmağa çalışdıq".
Nihat