Almaniya Bundesliqasının 8-ci turunda səfərdə "Boxum"un qapısından 5 cavabsız top keçirən "Bayern Münhen" çempionatdakı rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Bayern & Germany" yayıb.
Mənbə Münhen klubunun cari mövsümün ilk 8 matçında 29 qol vuraraq 1976/1977 və 2021/2022 mövsümlərində imza atdığı nəticələri təkrarladığını vurğulayıb.
Qeyd edək ki, hazırda 20 xalı olan "Bayern" Bundesliqanın turnir cədvəlinə başçılıq edir.
Nihat