"Barselona"da Ferran Torres satılır: Hədəfdə isə...

"Barselona"da Ferran Torres satılır: Hədəfdə isə...

Kataloniya nəhəngi "Barselona" bu yay heyətində ciddi islahatlar aparmağı planlaşdırır və maliyyə durumunu düzəltmək üçün bəzi ulduzları ilə yolları ayıra bilər.

Fanat.Az xəbər verir ki, baş məşqçi Hansi Flik gələcək yaxşı təkliflər qarşılığında Ferran Torresin komandadan göndərilməsinə yaşıl işıq yandırıb.

Klub rəhbərliyi ispan hücumçunu təxminən 30 milyon avro civarında qiymətləndirir və onun boşluğunu doldurmaq üçün "Mançester Siti"nin də hədəfində olan Omar Mərmuş variantını nəzərdən keçirir.

Lakin transfer qiyməti 100 milyon avroya yaxın olan misirli forvardın keçidini reallaşdırmaq üçün "Barsa" mütləq şəkildə böyük bir oyunçu satışı həyata keçirməlidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər