"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

İspaniya La Liqasının 36-cı turunda səfərdə "Espanyol"u 2:0 hesabı ilə yenərək sona 2 tur qalmış çempion olan "Barselona"nın yarımmüdafiəçisi Pedri unikal nəticəyə imza atıb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Kataloniya derbisi sözügedən oyunçu üçün "Barselona"nın heyətində 200-cü qarşılaşma olub.

Bu sayda oyun həddinə 22 yaş 171 günlüyündə çatan Pedri argentinalı superulduz Lionel Messinin rekordunu yeniləyib. Leo "blauqrana" forması ilə 200-cü matçına 22 yaş 273 günlüyündə çıxmışdı.

Xatırladaq ki, "Barselona"nın 28-ci dəfə İspaniya çempionluğunu bayram edib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər