"Barselona" "Qalatasaray"ın qapısını döyəcək

"Barselona" "Qalatasaray"ın qapısını döyəcək

İspaniyanın "Barselona" klubu "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresi transfer edə bilməsə, diqqətini Viktor Osimhenə yönəldəcək.

Fanat.Az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi nigeriyalı hücumçunu hücum xəttini gücləndirmək üçün əsas alternativ variant hesab edir.

Klub rəhbərliyi Osimhenin transfer şərtlərini araşdırmağa başlayıb.

Viktor Osimhenin transferi üçün "Qalatasaray"ın təxminən 100 milyon avro tələb etdiyi bildirilir.

"Barselona" isə maliyyə vəziyyətinə uyğun olaraq transfer planlarını tənzimləməyə çalışır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər