"Barselona" futbolçusunu İtaliya klubuna satdı

"Barselona" futbolçusunu İtaliya klubuna satdı

İtaliya təmsilçisi "Komo" "Barselona"nın futbolçusu Aleks Valyenin transfer hüquqlarına yiyələnib.

Fanat.Az xəbər verir ki, məlumatı Kataloniya təmsilçisinin mətbuat xidməti yayıb.

İtaliya klubu bu ilin fevralında "Barselona"nın B komandasından icarəyə götürdüyü 21 yaşlı ispaniyalı futbolçunun performansından razı qaldığı üçün bu addımı atıb.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Valye "Komo"nun heyətində A Seriyasında 15 matçda meydana çıxıb. "Transfermarkt" portalı onun transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər