"Atletiko Madrid" rekordunu təkrarladı

"Atletiko Madrid" rekordunu təkrarladı

"Atletiko Madrid" bir rəqiblə oyunlardakı məğlubiyyətsiz seriyaya görə rekordunu təkrarlayıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, paytaxt komandası bu nəticəni La Liqanın 17-ci turunda "Xetafe"ni yenməklə (1:0) reallaşdırıb. 

"Atletiko" bu rəqibinə 23 oyundur ki, yenilmir - 19 qələbə, 4 bərabərlik. İspaniya nəhəngi 1954-1979-cu illər aralığında ardıcıl 23 matçda "Malaqa"ya da uduzmayıb.

Qeyd edək ki, hazırda 38 xalı olan "Atletiko" La Liqanın turnir cədvəlində ikinci pillədə mövqe tutub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər