"Araz-Naxçıvan" ÇL-də növbəti oyununa çıxır

"Araz-Naxçıvan" ÇL-də növbəti oyununa çıxır

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən “Araz-Naxçıvan” bu gün növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, yarışa ilkin mərhələdən başlayan ölkə çempionu Estoniyanın “Sillamae Silla” kollektivi ilə qarşılaşacaq.

Matç H qrupunun oyunlarının keçirildiyi İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.  Qeyd edək ki, “Araz-Naxçıvan” ilk oyununda “Sparta Belfast” üzərində 7:1 hesablı qələbə qazanıb. Qrupun digər oyununda isə “Sillamae Silla” yerli “Uddevalla”ya 3:10 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqası İlkin mərhələ, H qrupu 22 avqust

18:00. “Sillamae Silla” (Estoniya) – “Araz-Naxçıvan” Hakimlər: Daniel Stauber (Avstriya), Trayan Enchev (Bolqarıstan), Pavel Tokarevicz (Polşa) Timekeeper: Kastriot Gerxhaliu (İsveç) Hakim-inspektor: Timo Onatsu (Finlandiya) UEFA nümayəndəsi: Andris Utinans (Latviya) Uddevalla. Agnebergshallen

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər