"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 8-ci turunda "Kristal Pelas"a qarşı keçirdikləri ev oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, BBC mütəxəssisin 2:2 hesablı heç-heçədən sonra söylədiklərini belə çatdırıb:
"Qəribə oyun idi. Matça yaxşı başladıq və qol vurduq. Ancaq bundan sonra oyuna nəzarəti əldə saxlaya bilmədik. Fasilədən sonra daha yaxşı göründük. Bu, iki dəyişikliyin nəticəsi idi. Sadəcə, ən önəmli anlarda müəyyən top itkilərimiz oldu ki, bu da işimizi çətinə saldı. Açığı, bəzən mənə elə gəlirdi ki, biz ikinci qolu vurmaq əvəzinə nəticəni qorumağa çalışırıq".
Nihat