Qəbələdə 7 qolluq şou - "Gümüş" kimə qismət oldu?

Qəbələdə 7 qolluq şou - "Gümüş" kimə qismət oldu?

Premyer Liqada XXVII tura yekun vurulub. Fanat.Az xəbər verir ki, turun son matçında “Qəbələ” “İnter”i qəbul edib.

Bu görüş ikinci pillənin sahibini rəsmən müəyyənləşdirib. Əslində, "gümüş"ün sahibi böyük ölçüdə bəlli idi. Belə ki, evdə oynayan əyalət klubunun ikinciliyinin son turadək təxirə salınması üçün bakılılar 2 və ya daha çox top fərqi ilə qalib gəlməli idi. Gözlənildiyi kimi bu baş tutmayıb və "Qəbələ" 4:3 hesablı qələbə qazanaraq gümüş medallara sahib çıxıb.

Oyun başlayan kimi irəli atılan "İnter" 3-cü dəqiqədə Rauf Əliyevin qoluna sevinib. "Qəbələ" buna 14-cü dəqiqədə Rikardinyo ilə bərabərliyi təmin edib. 26-cı dəqiqədə Sergey Zenyov "Qəbələ"ni hesabda önə keçirib. "Qırmızı-qaralar" 33-cü dəqiqədə Adrian Skarlatakenin avtoqoluna sevinib. 70-ci dəqiqədə sonra özünə gələn "İnter" yenidən oyunda bərabərlik yaradıb. 73-cü dəqiqədə Elnur Abdullayev, 4 dəqiqə sonra Rauf Əliyev fərqlənib. Buna baxmayaraq, "Qəbələ" qələbə qolunu vurub. 90-cı dəqiqədə Tellur Mütəllimov fərqlənib.

Qeyd edək ki, turun 3 oyunu dünən keçrilib. "Qarabağ" "Sumqayıt"ı, "Kəpəz" AZAL-ı 2:0 hesabı ilə yenib. "Zirə" - "Neftçi" matçında isə qalib müəyyənləşməyib.

Premyer Liqa

2016/17 mövsümü

IV dövrə, XXVII tur

24 aprel

Qəbələ - İnter 4:3

Qollar: Rikardinyo, 14. Sergey Zenyov, 26. Adrian Skarlatake, 33 (avtolqol). Tellur Mütəllimov, 90 - Rauf Əliyev, 3; 77. Elnur Abdullayev, 73. 

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14.Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov.

Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 18. Baqali Dabo, 17. Məhəmməd Mirzəbəyov, 31. Daniel Subotiç, 44. Rafael Santos.

Baş məşqçi: Roman Qriqorçuk.

İnter: 13. Orxan Sadıqlı, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 2. Sərtan Taşkın, 10. Elnur Abdullayev, 88. Məmməd Quliyev, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 11. Rauf Əliyev (k).

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 66. Murad Qayalı, 65. Cabir Əmirli, 20. Aqşin Quluzadə, 98. Qara Qarayev.

Baş məşqçi: Zaur Svanadze.

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov.

AFFA nümayəndəsi: Eldar Qasımov.

Hakim-inspektor: Şahin Cəfərov.

Qəbələ şəhər stadionu.

1. Qarabağ27185444-1359

2. Qəbələ271410347-1952

3. İnter271110639-3243

4. Zirə27810925-2834

5. Kəpəz27891023-2733

6. Sumqayıt27881126-3432

7. Neftçi27931525-4230

8.  AZAL27171913-4710

Bombardir: Filip Ozobiç (Qəbələ) - 11. Rauf Əliyev (İnter) - 11. Dino Ndlovu (Qarabağ) - 9.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər