“Qəbələ” - “Trabzonspor” oyununda 4 qol

“Qəbələ” - “Trabzonspor” oyununda 4 qol

Gürcüstanın paytaxtı Tiflisdə Vitali Daraseliyanın xairəsinə keçirilən turnirinə yekun vurulub. Fanat.Az xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmalar baş tutub.

 

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-ci yer uğrunda oyunda Türkiyənin “Trabzonspor” klubu ilə görüşüb. “Qırmızı-qaralar” bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olublar.

 

“Qəbələ”nin qoluna Təbriz İsazadə imza atıb. Beləliklə, Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda turniri 6-cı yerdə başa vurub.

 

Yarışın qalibi isə Kiyev “Dinamo”su olub. Ukrayna təmsilçisi finalda Hollandiya “Alkmaar”ını məğlub edib – 1:1 (penaltilər seriyası 4:2). Üçüncü yer uğrunda matçda Belçika “Gent”i İtaliya “İnter”indən güclü olub – 0:0 (penaltilər seriyası 5:4).

 

7-ci yer uğrunda matçda isə Tiflis “Dinamo”su Zaqrebdən olan həmklublarına 3:1 hesabı ilə qalib gəlib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər