Qavi 1936-cı ildə qeydə alınan rekordu yenilədi

Qavi 1936-cı ildə qeydə alınan rekordu yenilədi

Bu gün UEFA Millətlər Liqasının yarımfinal oyununda İspaniya İtaliyanı 2:1 hesabıyla məğlub edərək finala yüksəlib.

Fanat.Az xəbər verir ki, oyun İspaniyanın yarımmüdafiəçisi Qavi üçün əlamətdar olub.

"San Siro"dakı matçda "start 11-lik"də yer alan və 83 dəqiqə mübarizə aparan "Barselona"nın futbolçusu ölkəsinin əsas yığmasında meydana çıxan ən gənc futbolçu kimi tarixə düşüb.

Baş məşqçi Luis Enrikenin 17 yaş 62 günlüyündə debüt şansı verdiyi Qavi 1936-cı ildə qeydə alınmış rekordu yeniləyib. Həmin vaxt yarımmüdafiəçi Anxel Subyeta 17 yaş 284 günlüyündə yığma formasıyla rəsmi oyuna çıxmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər