I Liqada 16-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə 3 görüş baş tutub.
“Mingəçevir” - “Difai Ağsu” matçında qalib müəyyənləşməyib. “İmişli” evdə “Karvan”a, “Qaradağ Lökbatan” isə səfərdə “Araz Saatlı”ya qalib gəlib.
I Liqa 16-cı tur 29 fevral
“Mingəçevir” – “Difai Ağsu” 1:1 Qollar: Vidadi Cəfərov, 38 – İlham Allahverdiyev, 22. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.
“İmişli” – “Karvan” 2:0 Qollar: Gilyerme Silva, 55. Xəzər Mahmudov, 90+6. Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.
“Araz Saatlı” – “Qaradağ Lökbatan” 0:2 Qollar: Seyxan Fərəcov, 45+1-pen; 59. Saatlı OİK stadionu, 15:00.
Turun digər oyunları:
“İrəvan” – MOİK 0:7 “Şamaxı” – “Zaqatala” 1:1