“Qarabağ”la “Turan Tovuz”dan inamlı qələbə

“Qarabağ”la “Turan Tovuz”dan inamlı qələbə

Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun sonuncu günündə iki görüş baş tutub.

Əvvəlcə "Turan Tovuz" doğma meydanda "Araz-Naxçıvan"ı sınağa çəkib. Turnir cədvəlində bir xal fərqlə 7-8-ci yerlərdə qərarlaşan komandaların duelində qələbə hər iki tərəfə avrokubok iddiasını davam etdirməyə imkan verəcəkdi. Tovuzda iki gün ərzində keçirilən ikinci Premyer Liqa matçını mingəçevirli referi Rəşad Əhmədov idarə edib. Oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Günə, həmçinin tura Tofiq Bəhramov adına Respublika Stadionunda yekun vurulub. Lider "Qarabağ" "Zirə"ni qəbul edib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv növbəti qələbəsini qazansa, ən yaxın izləyicisi ilə xal fərqini 24-ə çatdıracaqdı. "Zirə" matçdan ən azı bir xal qoparmağa çalışsa da, istəyinə çata bilməyib. Bu oyunda da meydan sahibləri inamlı qələbəyə seviniblər. 

Qeyd edək ki, turun digər oyunlarında "Sumqayıt" "Səbail"i səfərdə 1:0, "Sabah" "Qəbələ"ni evdə 2:1 hesabı ilə məğlub edib, bol qollu "Kəpəz" - "Neftçi" matçında isə qalib müəyyənləşməyib - 3:3.

Misli Premyer Liqası XXVI tur 10 mart 

“Turan Tovuz” – “Araz-Naxçıvan” 2:0  Qollar: Aleks Souza, 78, 80. Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: İlham Əliyev Tovuz şəhər stadionu

Turan Tovuz: 13. Aydın Bayramov, 14. Slavik Alxasov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov. Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 21. Aleks Souza. Baş məşqçi: Ayxan Abbasov. Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç. Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike. Baş məşqçi: Azər Bağırov.

“Qarabağ”– “Zirə” 3:1 Qollar: Nəriman Axundzadə, 43. Riçard Almeyda, 77-pen. Adama Diakabi, 81 - Sezar Meza Kolli, 79. Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Nəriman Axundov Tofiq Bəhramov adına Respublika Stadionu

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 6. Julio Romao Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 7. Yassin Benzia, 19. Redon Cica, 15. Leandro Andrade Baş məşqçi: Qurban Qurbanov

Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 19. Salifu Suma Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 99. Nazim Həsənzadə, 55. Ramin Abdullayev, 24. Sezar Meza Kolli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev Baş məşqçi: Rəşad Sadıqov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər