"Qarabağ"la "Neftçi"nin oyunu təxirə salınır

"Qarabağ"la "Neftçi"nin oyunu təxirə salınır

Azərbaycan Premyer Liqasında 2-ci turun iki oyununun təxirə salınacağı gözlənilir. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Peşəkar Futbol Liqası "Neftçi" və "Qarabağ"ın xahişi əsasında onların avqustun 22-dəki matçlarını başqa vaxta keçirəcək. Klublar avqustun 19-da UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk  oyununa çıxacaqlar. "Qarabağ" Şotlandiya "Aberdin"ini, "Neftçi" isə İsrailin "Makkabi" (Hayfa) klubunu qonaq edəcək. Bu komandalarla cavab görüşləri isə ayın 26-da səfərdə baş tutacaq. "Qarabağ" və "Neftçi" cavab oyunlarına daha yaxşı hazırlaşmaq üçün PFL-dən çempionat matçlarının tarixini dəyişdirməyi istəyəcək. 

Qeyd edək ki, təqvimə əsasən, "Neftçi" 2-ci turda səfərdə "Zirə" ilə, "Qarabağ" isə evdə "Səbail"lə qarşılaşmalıdır. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər