“Qarabağ”ın yay hazırlıq planı bəlli oldu

“Qarabağ”ın yay hazırlıq planı bəlli oldu

"Qarabağ" klubunun mövsümlərarası fasilə dövründəki hazırlıq planı bəlli olub.

Fanat.Az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" iyunun 18-də Bakıda məşqlərə start verəcək.

Milli komandaların üzvləri hazırlığa bir neçə gün gec - ayın 23-də qoşulacaqlar.

Paytaxtdakı toplanışda iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkili nəzərdə tutulub.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi isə 16-da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər