"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça"da

"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça"da
"Fənərbağça" İngiltərə təmsilçisi "Bornmut"un qapıçısı Asmir Beqoviçlə razılıq əldə edib.
Fanat.Az "Turkiye gazetesi" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper İstanbul təmsilçisində əsas heyət üzvü olacaq. "Fənərbağça" transfer üçün İngiltərə Premyer Liqası ilə vidalaşan "Bornmut"la da ilkin razılığa gəlib.
Qeyd edək ki, Asmir Beqoviç 2019/20 mövsümünün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib. O, qış transfer dönəmində eyni statusla İtaliya "Milan"ına keçib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər