"Qarabağ"ın rəqibinin futbolçusu: "Marselo gördüklərimin ən yaxşısıdır"

"Qarabağ"ın rəqibinin futbolçusu: "Marselo gördüklərimin ən yaxşısıdır"

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer Leverkuzen"in sol cinah müdafiəçisi Alexandro Qrimaldo kumirinin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano  onun dediklərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Həmişə Marselonu bəyənmişəm. Sol cinah müdafiəçisi mövqeyində oynamağa başlayandan onun "Real"dakı çıxışını diqqətlə izləmişəm. Mənim üçün Marselo sol cinah müdafiəçisi mövqeyində son illərin ən yaxşısıdır. Bəli, o, gördüklərimin ən güclüsüdür".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab qarşılaşması bundan bir həftə sonra Leverkuzen şəhərində reallaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər