"Qarabağ"ın rəqibi şəxsi rekordunu təkrarladı

"Qarabağ"ın rəqibi şəxsi rekordunu təkrarladı

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi “Bayer Leverkuzen” öz rekordunu təkrarlayıb.

“Fanat.Az xəbər verir ki, Xabi Alonsonun çalışdırdığı kollektiv bunu Bundesliqanın XXV turunda “Volfsburq”u 2:0 hesabı ilə məğlub edərək bacarıb.

Leverkuzen təmsilçisi ölkə çempionatında qələbə sayını 21-ə çatdıraraq, 2001/2002 mövsümündəki göstəricisinə çatıb.

“Bayer” Bundesliqada növbəti oyununu martın 17-də “Frayburq”a qarşı keçirəcək.

Qeyd edək ki, Bakıda "Qarabağ"a məğlubiyyətdən uzatma dəqiqələrində qurtulan (2:2) Almaniya klubu təmsilçimizlə cavab qarşılaşmasına martın14-də çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər