"Qarabağ"ın qapıçısı Avropada liderdir

"Qarabağ"ın qapıçısı Avropada liderdir

“Qarabağ”ın qapıçısı Andrey Lunyov bu mövsüm avrokuboklardakı statistikası ilə diqqət çəkib.

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, rusiyalı qolkiper 8 matçda 36 seyv edib. 

Mənbənin məlumatına görə, bu, avrokubok mövsümündə bütün qapıçılar arasında ən yaxşı nəticədir.

Cari avrokubokda Lunyovun qoruduğu qapıya 47 zərbə vurulub, o, bunların 72 faizini dəf edib. Rusiyalı 12 qol buraxıb.

“Qarabağ” 1/8 finalda Lunyovun sabiq komandası “Bayer”lə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər