“Qarabağ”ın "Olimpiya" ilə Bakıdakı oyunu ikinci oldu

“Qarabağ”ın "Olimpiya" ilə Bakıdakı oyunu ikinci oldu

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı məlum olub.

Ffanat.Az xəbər verir ki, “Qarabağ”ın Bakıda Sloveniya “Olimpiya”sı ilə heç-heçə (1:1) etdiyi matç bu göstəricidə ikincidir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda 27 354 tərəfdar olub.

Ən çox tamaşaçı isə “Ayaks” (Niderland) – “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda keçirilən matçda 50 900 nəfər tribunada əyləşib.

Səfərdə “Olimpiya”nı iki cavabsız qolla üstələyən “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komanda H qrupunda Almaniyanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Hakken” klubları ilə mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər