Bu gün Misli Premyer Liqasında XXIV tura yekun vurulub. Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun son görüşləri paytaxtda olub. Əvvəlcə Mərdəkanda "Araz-Naxçıvan"la "Zirə" münasibətlərinə aydınlıq gətiriblər. Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv 10 oyunluq qələbəsiz seriyaya "Dalğa Arena"da son qoymağa çalışıb və buna darmadağınla nail olub.. Tura Tofiq Bəhramov adına Respublika stadionunda yekun vurulub. "Qarabağ" həftəiçi avrokubokda tarix yazdığı arenada çempionatdakı ən yaxın izləyicisi "Sumqayıt"ı sınağa çəkib. "Köhlən atlar" bu görüşdən də qalib ayrılmaqla əsas izləyicisi ilə xal fərqini 18-ə çatdırıb.
Qeyd edək ki, turun digər oyunlarında "Kəpəz" "Qəbələ"ni 2:1, "Səbail" "Sabah"ı 2:0 hesabı ilə üstələyib, "Turan Tovuz" - "Neftçi" matçında qalib müəyyənləşməyib. Misli Premyer Liqası 24-cü tur 25 fevral
“Araz-Naxçıvan” – “Zirə” 0:3 Qollar: Vanderson Melo, 20-öz qapısına. Rəhim Sadıxov, 74, Rafael Utziq, 77.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 9. Elvis Maşike, 8. İsmail Azzaui Baş məşqçi: Azər Bağırov
"Zirə" : 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev Baş məşqçi: Rəşad Sadıqov
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Elçin Məmmədov “Dalğa Arena”
“Qarabağ” – “Sumqayıt” 2:0 Qollar: Adama Diakabi, 52. Yassin Benzya, 83.
Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica. Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade. Baş məşqçi: Qurban Qurbanov. Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata. Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 9. Erik Sorqa. Baş məşqçi: Samir Abasov.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Rüfət Əmirov Tofiq Bəhramov adına Respublika stadionu