“Qarabağ”da şok: qol ümidi sıradan çıxdı

“Qarabağ”da şok: qol ümidi sıradan çıxdı

“Qarabağ” “Ayntraxt”la oyundan öncə şok itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Ağdam klubu əsas silahlarından biri olan Reynaldonu itirib.

Belə ki, braziliyalının dünən “Xəzər Lənkəran”la oyunda əzələsi dartılığb. Artıq onun “Ayntraxt”la ilk oyunda meydana çıxmayacağı dəqiqləşib.

Qeyd edək ki, “Xəzər Lənkəran”la oyunda Reynaldo zədələnib və meydanı tərk edib. Qurban Qurbanov həmin vaxtadək bütün əvəzetmələri etdiyindən “Qarabağ” oyunu 10 nəfərlə başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər