Almaniya “Ayntraxt”ının yarımmüdafiəçisi Ştefan Ayqner Avropa Liqasının “Qarabağ”la cavab oyunundan öncə fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Biz ev oyununa tam köklənsək, 6:0 hesabıyla da qalib gələrik. Səfərdəki 2:0 hesablı zəfərdən sonra üstünlük tərəfimizdədi. Fikrimcə, cavab görüşündə də oyuna nəzarəti əlimizdə saxlaya və başladığımız işi sona çatdıra biləcəyik. İlk oyunun nəticəsinə baxmayaraq, arxayınlaşmaq olmaz. Bu nəticə bizi sakitləşdirə bilməz. Mən hətta 4:0 hesabıyla qalib gəlsəydik belə, sakitləşməzdim. Cavab görüşündə hər şey mümkündü. Çünki rəqibin də potensialı var”.