"Qarabağ" "Zirə"ni udub, "Neftçi"yə şərik oldu

"Qarabağ" "Zirə"ni udub, "Neftçi"yə şərik oldu
Topaz Premyer Liqasında I turun təxirə salınmış "Qarabağ” - "Zirə” oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Ağdam komandasının Çempionlar Liqasının III təsnifat mərhələsində Belarus təmsilçisi BATE ilə cavab oyununa daha yaxşı hazırlaşması məqsədi ilə təxirə salınmış görüş "Azərsun Arena”da baş tutub.
Oyunda hesab 28-ci dəqiqədə açılıb. "Zirə"nin qapısına təyin olunan penaltini Filip Ozobiç dəqiq yerinə yetirərək "Qarabağ"ı hesabda önə keçirib. 48-ci dəqiqədə İnnosent Emeqara fərqi artırıb. 56-82-ci dəqiqələrdə dubl edən Mirsahib Abbasov bərabərliyi təmin etsə də, 85-ci dəqiqədə Emeqara dublunu rəsmiləşdirərək "Qarabağ"a qələbə qazandırıb. 
Bununla da "Qarabağ" xal hesabını 13-ə çatdırıb və bu oyunadək təkbaşına lider olan "Neftçi”yə şərik çıxıb. 
Qeyd edək ki, "Qarabağ" "Zirə"yə qarşı keçirdiyi 13 oyunun heç birində uduzmayıb - 10 qələbə, 3 heç-heçə. Ağdamlılar evdəki son 5 qarşılaşmada qol buraxmasa da, bu gün bu seriya qarılıb.
"Zirə” Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra üçüncü oyununa çıxıb. Lakin 39 yaşlı mütəxəssis cəzalı olduğu üçün texniki zonada yer almayıb. "Qartallar” hazırda 1 xalla sonuncu - 8-ci pillədə qərarlaşıblar.
 
Premyer Liqa
2018/19 mövsümü
I turdan təxirə salınmış oyun
26 sentyabr
Qarabağ - Zirə 3:2
Qollar: Filip Ozobiç, 28-pen. İnnosent Emeqara, 48; 85 - Mirsahib Abbasov, 56; 82.
Qarabağ: 1. Hannes Halldorson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 91. Coşqun Diniyev. 
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva, 8. Markos Madera, 9. Araz Abdullayev, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 22. Rövlan Muradov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 14. Rəşad Sadıqov.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 27. Adrian Skarlatake, 88. Tellur Mütəllimov, 26. Miloş Rodiyeviç, 8. Kamal Mirzəyev, 38. İlkin Muradov, 11. Dilan Duventru, 9. Aleksandr Dedov, 91. Bilal Həmdi, 7. Pərdis Fərcad-Azad. 
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 16. İbrahim Aslanlı, 38. Aqşin Quluzadə, 3. Budaq Nəsirov, 17. Vüsal İsgəndərli, 10. Sadio Tounkara, 77. Mirsahib Abbasov.
Məşqçi: Seymur Rəhimov.
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Azər Əsgərov, Xəlil Xəlilov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Bakı. "Azersun Arena”.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

5

4

1

0

11:4

13

2

Neftçi

5

4

1

0

9:3

13

3

Sabah

5

3

1

1

5:4

10

4

Sumqayıt

5

2

1

2

7:6

7

5

Səbail

5

2

1

2

5:6

7

6

Qəbələ

5

1

1

3

6:8

4

7

Keşlə

5

0

1

4

4:9

1

8

Zirə

5

0

1

4

5:12

1

Bombardirlər

Marko Deviç (Sabah) - 5.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər