"Qarabağ" yayın ilk transferini reallaşdırdı

"Qarabağ" yayın ilk transferini reallaşdırdı

"Qarabağ" 2024/2025 mövsümü öncəsi ilk transferini həyata keçirib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi heyətini qapıçı Fabiyan Buntiçlə gücləndirib.

Almaniya vətəndaşlığına malik xorvatiyalı qolkiperlə üç illik müqavilə imzalanıb. Dəri əlcək sahibi 2027-ci ilin yayına qədər "köhlən atlar"da çıxış edəcək.

27 yaşlı qapıçının son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Qeyd edək ki, Buntiç Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər