“Qarabağ” və “Neftçi”nin nümayəndələri ECA-nın tədbirində

“Qarabağ” və “Neftçi”nin nümayəndələri ECA-nın tədbirində
Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Klublar Assosiasiyasının (ECA) "Rəhbərlərin Konsultasiya Platforması” adı altında görüş olacaq.
Fanat.Az xəbər verir ki, tədbirə Azərbaycanın quruma üzvü olan klublarından "Qarabağ” və "Neftçi” klubları qatılacaqlar. Onlar müvafiq olaraq, Asif Əsgərov və Qədir Həsənovla təmsil olunacaqlar. Əvəzində "Qəbələ"dən görüşdə iştirak edən olmayacaq. Klubdan işlərin çoxluğu səbəb göstərilib.
Qeyd edək ki, tədbir iki gün davam edəcək. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər