"Qarabağ" və "Neftçi" xal itirdi

"Qarabağ" və "Neftçi" xal itirdi

Birinci divizionda VI tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, "Kəpəz" son çempion “Neftçi-2” ilə ev oyununda iki topluq üstünlüyünü əldən verib. Büləliklə, Mahmud Qurbanov ona doğma olan Gəncə səfərindən 1 xalla ayrılıb. "Qarabağ-2" – "Turan Tovuz"  matçında da bərabərlik qeydə alınıb. "Sumqayıt-2" isə "Keşlə-2"yə qalib gəlib.

27 oktyabr

"Sumqayıt-2" – "Keşlə-2" 1:0 Qol: Nəbi Məmmədov, 87. Hakimlər: Rauf Cabarov, Qəzənfər Məmmədov, Səbuhi Soltanov, Emin Əliyev Sumqayıt şəhər stadionu (ehtiyat meydança)

"Qarabağ-2" – "Turan Tovuz" 1:1 Qollar: Nəriman Axundzadə, 9 – Akif Tağıyev, 29. Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Rauf Allahverdiyev Binə qəsəbə stadionu

"Kəpəz" – "Neftçi"-2 2:2 Qollar: Nicat Süleymanov, 27. Emil Qasımov, 37 – Asim Əlizadə, 61. Əli Sadıxov, 69. Qırmızı vərəqə: Xəqani Sadıxov, 79. (“Neftçi-2”) Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Namiq Bəkirov Gəncə şəhər stadionu

Qeyd edək ki, turun 3 oyunu dünən baş tutmuşdu:  “Qaradağ Lökbatan” – “Səbail-2” 2:0 (Sabir Allahquliyev, 49, Urfan İsmayılov, 65), “Sabah-2” – MOİK 1:3 (Samir Məhərrəmli, 73 - Samir Alıyev, 21, İsa Zeynallı, 52-p, Ruslan Voronsov, 80-p), “Qəbələ-2” – “Zirə-2” 6:0 (Mehrac Baxşalı, 1, 90+3, Aqil Nəsibov, 24, 71, Taleh Qarayev, 86, 89).

Onu da bildirək ki, bombardirlər siyahısına 6 qolla "Qaradağ Lökbatan"ın kapitanı Sabir Allahquliyev başçılıq edir. O, "Səbail-2" ilə oyunda turnirin ən baxımlı qollarından birinə imza atıb. 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər