"Qarabağ" və "Neftçi" cərimələndi

"Qarabağ" və "Neftçi" cərimələndi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XI turunda keçirilən oyunlardakı qayda pozuntuları müzakirə olunub. 

“Qarabağ” – “Keşlə” oyununda matç bitdikdən dərhal sonra azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur. (maddə 49.2)   “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur. (maddə 51.1)   “Neftçi” – “Sabah” oyununda “Sabah” klubunun oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün klub 800 manat cərimə olunur. (maddə 69.5)   “Neftçi” – “Sabah” oyununda matç bitdikdən dərhal sonra azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur. (maddə 49.2)   “Neftçi” – “Sabah” oyununda “Sabah” klubunun baş məşqçisi Murad Musayev “A” buraxılış vəsiqəsindən istifadə etmədiyinə görə kluba xəbərdarlıq edilsin.   “Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov oyunun 83-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47.1)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər