“Qarabağ” Ukraynadan darmadağınla qayıdır

“Qarabağ” Ukraynadan darmadağınla qayıdır

Ukraynada təlim-məşq toplanışında olan “Qaradağ” son yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Lökbatan təmsilçisinin bu dəfəki rəqibi Kiyevin “Mejqoriya” klubu olub.

Oyun “Qaradağ”ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlham Allahverdiyevin 4 qol vurduğu oyunda Ruhid Usubov və Rüfət Məmmədov hərəyə bir dəfə fərqlənib.

Qeyd edək ki, “Qaradağ” bundan əvvəl Ukraynada 3 oyun keçirmişdi. Kiyev “Arsenal”ın əvəzedici komandasına (6:0) və “Legion”a (2:1) qalib gələn təmsilçimiz “Dinaz”la sülh bağlamışdı (2:2).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər