"Çex futbolçu "Neftçi"yə qələbə qazandırdı

"Çex futbolçu "Neftçi"yə qələbə qazandırdı
Əvəzedici heyətlərin ölkə birinciliyində X turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda "Qarabağ" "Səbail"i qəbul edib. Ötən gün əsas komandası "Səbail"ə 1:0 hesabı ilə qalib gələn "Qarabağ"ın əvəzediciləri eyni hesabla uduzub.
İkinci oyun günündə daha iki qarşılaşma keçirilib. "Qəbələ" səfərdə "Zirə"ni 6:1 hesabı ilə yenib. "Qəbələ"nin əsas komandası dünən "Zirə"yə 1:2 hesabı ilə uduzmuşdu. "Keşlə" isə doğma meydanda "Kəpəz"ə qalib gəlib. "Kəpəz"in əsas heyəti dünən bu komandaya eyni hesabla qalib gəlmişdi.
Tura bu gün baş tutan "Neftçi" - "Sumqayıt" oyunu ilə yekun vurulub. "Ağ-qaralar" çex Pavel Dreskanın yeganə qolu ilə qələbə qazanıb.
 
Əvəzedici heyətlər
2017/18 mövsümü
II dövrə, X tur
28 oktyabr
Qarabağ - Səbail 0:1
Qol: Pərviz Qaraxanov, 40.
 
29 oktyabr
Zirə - Qəbələ 1:6
Qollar: Elçin Əliyev, 86 - Roman Hüseynov, 18. Rövlan Muradov, 25; 72. Alen Askerov, 31. Səid İbadov, 43. Ravil Yusifli, 76.
Keşlə - Kəpəz 2:0
Qollar: Asif Vəliyev, 49. Vüqar Həsənov, 53.
 
30 oktyabr
Neftçi - Sumqayıt 1:0
Qol: Pavel Dreska, 69.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

10

9

0

1

42:7

27

2

Zirə

10

6

1

3

16:15

19

3

Səbail

10

5

2

3

15:15

17

4

Neftçi

9

4

1

4

9:13

13

5

Keşlə

9

2

5

2

14:16

10

6

Sumqayıt

10

2

3

5

11:24

9

7

Qarabağ

10

2

1

7

9:19

7

8

Kəpəz

10

1

3

6

8:15

6

Bombardirlər

Ülvi İsgəndərov (Qəbələ) - 13.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər