Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun qalan iki oyunu üçün bütün təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, sabah baş tutacaq “Zirə” - “Neftçi” görüşü Kamal Umudluya tapşırılıb. “Qarabağ” - “Səbail”lə matçında isə Elçin Məsiyev fit çalacaq. Azərbaycan Premyer Liqası 2-ci tur 22 avqust “Zirə” – “Neftçi” Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Zirə İdman Kompleksinin stadionu, 18:30. “Qarabağ” – “Səbail” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev. Hakim-inspektor: Gülağa Cabbarov. AFFA nümayəndəsi: Aslan Şahgəldiyev. Bakı. “Azersun Arena”, 20:30.