"Qarabağ" qələbə qazandı, Azərbaycan yenə irəlilədi - REYTİNQ

"Qarabağ" qələbə qazandı, Azərbaycan yenə irəlilədi - REYTİNQ

Ötən gün avrokuboklarda keçirilən oyunlardan sonra UEFA reytinq siyahısını yeniləyib. 

Fanat.Az xəbər verir ki, baş tutan görüşlər əmsallar cədvəlində Azərbaycanın da reytinq xallarının artmasına və sıralamadakı mövqeyinin dəyişməsinə şərait yaradıb. 

"Qarabağ" Portuqaliyanın “Braqa” klubuna 4:2 hesabı ilə qalib gəlməklə ölkəmizə 0,500 əmsal qazandırıb. Beləliklə, cari mövsümdəki ümumi qazanc 5,375-ə yüksəlib.   Son 5 mövsümdəki ümumi xalı 19,625-ə çatan Azərbaycan reytinqdə Slovakiyanı geridə qoyaraq, 27-ci pilləyə yüksəlib. 26-cı sıradakı Bolqarıstan ilə aradakı xal fərqi 0,750-ə bərabərdir.  Qeyd edək ki, qrupda İsveç "Hakken"i üzərində qələbədən sonra Azərbaycan ötən reytinq sıralamasında Rusiyanı geridə qoymuşdu.

UEFA reytinqinə 100,803 xalla İngiltərə başçılıq edir. İspaniya (86,364) ikinci, İtaliya (83.998) isə üçüncü pillədədi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər