"Qarabağ" qalib gəldi, "Neftçi" "sülh"ə razılaşdı

"Qarabağ" qalib gəldi, "Neftçi" "sülh"ə razılaşdı

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün baş tutan görüşlərdə Azərbaycan Premyer Liqasında ilk "4-lük"də qərarlaşan komandalar kubokda üz-üzə gəliblər. 

"Qarabağ" "Qəbələ" ilə səfər oyununda erkən qol buraxıb hesabda geri düşsə də, matçda dönüş etməyi bacarıb. Fasiləyə qədər tarazlığı bərpa edən Ağdam təmsilçisi son dəqiqələrdə vurduğu qollarla, inamlı qalibiyyət əldə edib. Beləliklə, Qurban Qurbanovun komandası finala vəsiqə əldə etmək baxımından şansını xeyli yaxşılaşdırıb.

Digər görüşdə "Neftçi" "Zirə" ilə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə qapılara qol vurulmayıb. Beləliklə, cütün taleyi "Bakcell Arena"da həll olunacaq.  Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.

Azərbaycan kuboku 1/2 final, ilk oyunlar 20 aprel

17:30. Qəbələ – Qarabağ 1:3

Qollar: Asif Məmmədov, 5 - İsmayıl İbrahimli, 16, İbrahima Vadji, 88, Kadi Borges, 90+3-pen.

Qəbələ: 1. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 77. Emil Səfərov Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 19. Rövlan Muradov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 33. Hüseyn Mürsəlov Baş məşqçi: Elmar Baxşıyev

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borqes, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 25. Vadji İbrahima, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Qəbələ şəhər stadionu

20:30. Zirə – Neftçi 0:0

“Zirə”: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev Baş məşqçi: Rəşad Sadıqov

“Neftçi”: 1. İvan Brkiç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 3. Mamadu Mbodj, 24. Yusuf Laval, 91. Ramon Maçado, 7. Azər Əliyev, 77. Gilyerme Pato, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov Baş məşqçi: Samir Abasov

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Elgiz Abbasov Zirə İdman Kompleksinin stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər