"Qarabağ" "Neftçi"nin oyunçusunu transfer etdi

"Qarabağ" "Neftçi"nin oyunçusunu transfer etdi

Avstriyanın paytaxtı Vyananı təmsil edən "Qarabağ” 8 yeni futbolçusunu ictimaiyyətə açıqlayıb.

 

Fanat.Az xəbər verir ki, onlardan biri (fotoda üst sırada sağdakı) azərbaycanlı yarımmüdafiəçi Emil Fərzəliyevdi. Klubun rəsmi saytında Fərzəliyev haqda məlumat da yazılıb: "19 yaşlı yarımmüdafiəçi Bakı "Neftçi”sinin U-19-da oynayıb. O, komandamızı gücləndirəcək. Burda karyerasını qurması, peşəkar futbolda sıçrayış etməsi üçün bütün şərait var”.

 

 

Qeyd edək ki, ötən il vyanalılar "Dnepr”dən ayrılan Dmitri Nağıyev və daha bir sabiq "Neftçi”liylə - Emil Bədəlovla müqavilə bağlamışdı.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər