“Qarabağ” istənilən komandanı belə hesabla məğlub edə bilər” - “Kəpəz”in forvardı 

“Qarabağ” istənilən komandanı belə hesabla məğlub edə bilər” - “Kəpəz”in forvardı 

Misli Premyer Liqasının 28-ci turunda "Kəpəz" Tofiq Bəhramov adına Respublika Stadionda "Qarabağ"ı qəbul etdi. Gəncəlilər darmadağına (1:6) məruz qalaraq, Ağdam təmsilçisinin sayca 11-ci çempionluğunu erkən bayram etməsinə əngəl ola bilmədilər.

Matçın ardından "sarı-göylər"in forvardı Amil Yunanov Fanat.Az-ın suallarını cavablandırdı:

- Oyun haqda nə deyə bilərsiz? - Çox üzücü məğlubiyyətlə üzləşdik. İstəməzdik belə olsun.

- Cari mövsüm artıq ikinci dəfədir ki, komandanız "Qarabağ"a qarşı böyük hesablı məğlubiyyətlə üzləşir. Bunu nə ilə əlaqələndirirsiz?  - "Qarabağ" həqiqətən çox yaxşı komandadır. Avropa səviyyəsində olan klubdur. Üstəlik, onlar bu stadionda çox yaxşı oynayırlar. "Qarabağ" istənilən komandanı çempionatda belə hesabla məğlub edə bilər. Çalışdıq ki, yaxşı oynayaq.

- Hazırda "Kəpəz"in elitada qalmaq şanslarını necə dəyərləndirirsiz? - Əsas rəqibimiz "Qəbələ"dən 11 xal öndəyik. Hələ 8 matçımız var. Bundan sonrakı 8 oyuna final kimi baxırıq. Çalışacağıq ki, çempionatda qalaq.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər