“Qarabağ” - “Gefle” oyununun baş hakimi bilindi

“Qarabağ” - “Gefle” oyununun baş hakimi bilindi
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Gefle" matçının baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA avqustun 1-də, Tofiq Bəhramaov adına Respublika stadionunda baş tutacaq görüşü 31 yaşlı fransalı referi Nikolas Rainviliyə tapşırıb. 
Qeyd edək ki, "Qarabağ" - "Gefle" qarşılaşma saat 21:00-da başlayacaq. Cavab oyunu isə bir həftə sonra – avqustun 8-də, İsveçdə baş tutacaq. 
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər