"Qalatasaray"ın adı Avropa klubları ilə yanaşı çəkilən ulduz hücumçusu Mauro İkardi ilə bağlı İtaliya mətbuatında maraqlı iddialar səsləndirilib.
Fanat.Az xəbər verir ki, məlumatı "Novella 2000" yayıb.
Xəbərə görə, argentinalı forvard "İnter"ə qayıda bilər. Mənbə təcrübəli hücumçunun Milanda evi olduğunu da əsas gətirərək geridönüşün yetərincə real olduğunu vurğulayıb.
Qeyd edək ki, Mauro cari mövsüm "Qalatasaray" forması ilə 31 rəsmi maçtda 18 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov