"Qalatasaray"ın ulduzu qərarını verdi - SON DURUM

"Qalatasaray"ın ulduzu qərarını verdi - SON DURUM

"Qalatasaray"ın hücumçusu Dris Mertens gələcəyi ilə bağlı yekun qərar qəbul edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.

Mənbənin məlumatına görə, belçikalı ulduz futbolçu İstanbul klubu ilə yeni müqavilə imzalayacaq. Yeni razılaşmaya əsasən, 36 yaşlı futbolçu illik 3 milyon avro və əlavə bonuslar əldə edəcək. 

Qeyd edək ki, Mertens "Qalatasaray"da ikinci mövsümünü keçirir. O, bu mövsüm bütün yarışlarda 48 oyuna çıxıb, 11 qol vurub və 17 məhsuldar ötürmə verib.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər