"Qalatasaray"ın ulduzu ikibaşlı danışdı: "Karyeramı başqa klubda bitirə bilərəm"

"Qalatasaray"ın ulduzu ikibaşlı danışdı: "Karyeramı başqa klubda bitirə bilərəm"

"Qalatasaray"ın hücumçusu Dris Mertens gələcəyi ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, “Sporx” 36 yaşlı belçikalı futbolçunun fikirlərini belə çatdırıb:

“Düzünü desəm, nə vaxt təqaüdə çıxacağımı hələ bilmirəm. Bu barədə son aylarda çox düşünmüşəm, amma hələ ki, yekun qərar verilməyib. Düşünürəm ki, ən azı daha bir il oynayacam.

İnanıram ki, hələ də yüksək səviyyədə oynamağa qadirəm. İndi tez-tez meydançaya çıxıram, durumumdan razıyam. “Qalatasaray”da oynamağa davam edə və ya karyeramı başqa yerdə bitirə bilərəm”.

Qeyd edək ki, Mertens "Qalatasaray"da ikinci mövsümünü keçirir. O, bu mövsüm bütün yarışlarda 42 oyuna çıxıb, 8 qol vurub və 11 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər