"Qalatasaray"ın sabiq ulduzu "Fənərbağça"ya "ilişdi"

"Qalatasaray"ın sabiq ulduzu "Fənərbağça"ya "ilişdi"

"Qalatasaray"ın sabiq hücumçusu Lukas Podolski İstanbul klubu ilə bağlı maraqlı açıqlamları ilə diqqət çəkib.

Fanat.Az xəbər verir ki, "Fanatik" təcrübəli forvardın sözlərini belə çatdırıb:

"Qalatasaray" yaxın keçmişdə çox yaxşı işlər gördü. Əhəmiyyətli adları kluba qazandıdılar və transfer etdikləri futbolçuları sata bildilər. Ümumiyyətlə, Türkiyədə yaşlı oyunçulara böyük pullar verilir. "Qalatasaray"ın fəaliyyətini və oynadığı futbolu bəyənirəm. Çempionluq uğrunda "Fənərbağça" təxminən 10 ildir sərmayə qoyur. Amma bu müddətdə liqanın qalibi ola bilməyib".

Qeyd edək ki, Podolski 2015-2017-ci illərdə "Qalatasaray”da çıxış edib.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər