"Qalatasaray"ın futbolçusu İtaliya nəhəngində - Bu gün müqavilə bağlayacaq

"Qalatasaray"ın futbolçusu İtaliya nəhəngində - Bu gün müqavilə bağlayacaq

Hüquqları "Leypsiq"ə məxsus olan "Qalatasaray"ın müdafiəçisi Anxelinyo karyerasını A Seriyasında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, 27 yaşlı futbolçu "Roma"ya keçib. O, paytaxt klubunda mövsümün sonuna qədər icarə əsasında oynayacaq. "Roma" yayda 6 milyon avro ödəməklə, onu birdəfəlik almaq imkanına sahib olacaq. 

Anxelinyo tibbi müayinədən keçmək və keçidi tamamlamaq üçün bu gün Romaya uçacaq.

Qeyd edək ki, cari mövsüm Türkiyə nəhənginin forması ilə bütün turnirlərdə 19 matça çıxan Anxelinyo 1 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

"Transfermarkt" tam adı Xose Anxel Esmoris Tasende olan futbolçunun dəyərini 8 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər