"Qalatasaray"ı udub azarkeşlərə görün, nə hədiyyə etdilər? - FOTO

"Qalatasaray"ı udub azarkeşlərə görün, nə hədiyyə etdilər? - FOTO

Danimarkanın “Kopenhagen” Çempionlar Liqasının 1/8 finalına yüksəldikdən sonra azarkeşlərinə sürpriz edib.

Fanat.Az xəbər verir ki, sözügedən klub hər bir azarkeşə pulsuz pivə hədiyyə edib. 

Bu barədə klubun sosial şəbəkə hesabında da paylaşım edilib. Matçdan sonra stadionun böyük ekranında elanda azarkeşlərə onları bir stəkan pivə və bir şüşə su gözlədiyi barədə xüsusi mesaj çatdırılıb. Beləliklə, tərəfdarlar arenanın çıxışında hədiyyələrinə qovuşublar. 

"Qalatasaray"ı udub azarkeşlərə görün, nə hədiyyə etdilər? - FOTO Qeyd edək ki, "Kopenhagen" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi sayəsində tarixinin ən böyük pul mükafatını - ən azı 32,7 milyon avro qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər