“Qalatasaray”da növbəti ayrılıq

“Qalatasaray”da növbəti ayrılıq

“Qalatasaray” daha bir futbolçusu ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, İstanbul klubu sol cinah müdafiəçisi Emre Taşdemirlə vidalaşıb.

Tərəflər müddəti bitən müqaviləni yeniləmək istəməyiblər. 

Emre “Qalatasaray”a 4,5 il öncə “Bursaspor”dan transfer gəlmişdi. O, bu komandada 37 oyuna çıxıb 1 qol vurub.

Emre daha öncə “Bursaspor”, “Ankaragücü”, “Girəsunspor” və “Kayserispor” kimi klubların da formasını geyinib.

“Qalatasaray” bu yay Bafetimbi Qomis və Okan Koçukla da yollarını ayırmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər