Almaniyanın “Hannover 96” klubunun futbolçusu Derrik Köhn kareyerasını "Qalatasaray"da davam etdirəcək
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, klublar 25 yaşlı sol cinah müdafiəçisinin keçidini razılaşdırıblar. Almaniyanın U-19 yığmasının sabiq oyunçusu tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün artıq İstanbuldadır. Bu transferin “Qalatasaray”a 3 milyon avroya başa gələcəyi bildirilib.
Qeyd edək ki, Derrik Köhn Almaniya nəhəngi “Bavariya”nın yetirməsidir. O, 2022-ci ildən bəri “Hannover 96” klubunda çıxış edir.