"Qalatasaray" "Liverpul"un futbolçusu Cerdan Şakirini transfer etmək istəyir.
Fanat.Az "Takvim" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu İngiltərə təmsilçisinə təklif göndərməyə hazırlaşır. "Qalatasaray" 29 yaşlı futbolçunu növbəti mövsüm transfer hüququnu almaq şərti ilə icarəyə götürmək istəyir.
"Transfermarkt" isveçrəli ulduza 12 milyon avro qiymət qoyub. "Cim-Bom" isə bu keçidi 7 milyon avroya bitirmək fikrindədir.
Qeyd edək ki, 2018-ci ildə "Stok Siti"dən "Liverpul"a 14,7 milyon avroya transfer olunan Şaqiri son mövsümdə forma geyindiyi 22 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib. 29 yaşlı futbolçu əvvəllər İsveçrənin "Bazel", Almaniyanın "Bayern Münhen" və İtaliyanın "İnter" klublarında çıxış. Onun transferinə ümumilikdə 58,5 milyon avro sərf olunub.
Şaqiri karyerası ərzində İsveçrə Super Liqasının (3), kubokunun (2), Almaniya Bundesliqasının (3), kubokunun (2), Super Kubokunun (1), İngiltərə Premyer Liqasının (1), Çempionlar Liqasının (2), UEFA Super Kubokunun (2), klublararası dünya çempionatının (2) qalibi olub.
Futbolçu 2010-cu ildən çağırıldığı 96 oyunda 26 qol vurub.
Pərvin