"Qalatasaray" ÇL-in finalçısına təklif göndərdi

"Qalatasaray" ÇL-in finalçısına təklif göndərdi

Türkiyə çempionu "Qalatasaray"ın yeni transfer hədəfi bəlli olub.

Fanat.Az xəbər verir ki, İstanbul klubu "İnter"in mərkəz müdafiəçisi Stefan de Vreyə təklif göndərib.

İnformasiyanı "Sports Digitale" yayıb. Mənbənin məlumatına görə,  niderlandlı "neradzurri"dən yeni müqavilə üçün təklif alsa da, hələlik klubla razılığa gələ bilməyib. De Vreyin hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatır və "Qalatasaray" 31 yaşlı futbolçunu azad agent kimi ələ keçirmək istəyir. 

Stefan de Vrey bu mövsüm "İnter"in heyətində 37 oyuna çıxıb və 1 qol vurub.

Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər