"Qalatasaray" "Barselona"nın ulduzuna göz dikib

"Qalatasaray" "Barselona"nın ulduzuna göz dikib

Son Türkiyə çempionu "Qalatasaray" səs-küylü transfer reallaşdırmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, məlumatı "90 min" yayıb.

Xəbərə görə, İstanbul nəhəngi "Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etməyi hədəfləyib. "Aslanlar"ın UEFA Çempionlar Liqasında uğurlu çıxış etmək üçün 33 yaşlı orta xətt oyunçusunu rənglərinə bağlamağı vacib saydıqları bildirilib.

Qeyd edək ki, İGündoğan 2023/2024 mövsümündə "Barselona" forması ilə 51 matça çıxaraq 5 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 16 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər